Anar Bayramovdan yeni TƏYİNAT

 22:58 03.07.2026     484

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.

Redaktor.az qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. 

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib. 

Vumart və Güvən reklamı Vumart Güvən