Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç oldu, açarlar təqdim edildi - FOTO - YENİLƏNİB

 15:02 06.07.2026     2329

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

Redaktor.az xəbər verir ki, bu gün kəndə köçürülən 46 ailəyə evlərinin açarları təqdim edilib.

Ailələr əvvəlcə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursat təhlükəsi ilə bağlı maarifləndirilib. Daha sonra keçirilən mərasimdə onlara evlərinin açarları təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 46 ailə, yəni 223 nəfər köçürülüb.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən