Partlayışda ölən Zəhra bu il məzun olmuşdu

 11:05 06.07.2026     393

Xəbər verdiyimiz kimi, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış zamanı həyatını itirən İsrafilova Zəhra Pərvin qızı bu il 158 nömrəli tam orta ümumtəhsil məktəbindən məzun olub.

Redaktor.az xəbər verir ki, bu barədə məktəbin feysbuk hesabında paylaşım edilib.

Mərhumun imtahanlarda yüksək bal topladığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən