Elektriklə yazılan 100 illik tarix: ADY-dən yeni fotoalbom

 18:35 06.07.2026     281

"Azərbaycan Dəmir Yolları" QSC ölkədə dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyinə həsr olunmuş xüsusi fotoalbom hazırlayıb.

Redaktor.az xəbər verir ki, fotoalbomda Azərbaycan dəmir yollarının elektrikləşdirilməsinin bir əsrlik tarixi əksini tapıb. Nəşrdə 100 illik bənzərsiz inkişaf yolunun müxtəlif mərhələləri, bu sahədə əldə olunan nailiyyətlər və formalaşmış zəngin irs oxuculara təqdim olunur.

Bildirilib ki, elektriklə yazılmış bir əsrin hər epizodu böyük zəhmətin, nəsildən nəsilə ötürülən zəngin mirasın, tarixə hörmətin və dayanıqlı inkişafın təcəssümüdür. Fotoalbom həm də Azərbaycan dəmir yollarının keçdiyi şərəfli yolu və gələcəyə uzanan inkişaf strategiyasını əks etdirən dəyərli nəşr kimi hazırlanıb.

AYSEL

Vumart və Güvən reklamı Vumart Güvən