Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNİB
Xocavənd şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.
Redaktor.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 41 ailə, ümumilikdə 163 nəfər yeni mənzillərlə təmin olunub.
Qeyd edək ki, Xocavəndə köç edən ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad edilməsinə görə Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
***
Növbəti köç karvanl Xocavənd şəhərinə çatıb.
Redaktor.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) köçürülüb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Redaktor.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər yola salınıb.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.













