Xocavəndin iki kəndinə köç oldu, açarlar təqdim edildi - FOTO

 15:17 08.07.2026     233

Bu gün Xocavənd rayonunun Qüzeyxırman və Güneyxırman kəndlərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.

Redaktor.az-ın xəbərinə görə, Qüzeyxırman kəndinə 87 nəfərdən ibarət 21 ailə, Güneyxırman kəndinə isə 72 nəfərdən ibarət 18 ailə köçürülüb.

Açarların təqdimatı mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 

2222
Vumart və Güvən reklamı Vumart Güvən