Bu ərazilərdə 2 saat işıq OLMAYACAQ

 23:04 10.07.2026     352

İyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.

Bu barədə Redaktor.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən