Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ

 16:59 11.07.2026     325

Abşeron çimərliklərində iyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Redaktor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah şimal-qərb küləyi əsəcək, gündüz saatlarında isə arabir güclənəcək.

Məlumata görə, dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 24-25 dərəcə isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən