Flora Kərimovanın son durumu AÇIQLANDI

 16:54 14.07.2026     184

Xalq artisti Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir.

Redaktor.az bildirir ki, bu sözləri "Teleqraf"a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

“Flora Kərimovanın səhhəti yaxşıdır. Müalicəsi ev şəraitində davam edir. Hər 10 gündən bir həkim müayinəsindən keçir”, – deyə Y.İmanova əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Flora Kərimova xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsilə bağlı məsələlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.

Vumart və Güvən reklamı Vumart Güvən