Deputatın teleqram hesabı haker hücumuna məruz QALDI
Milli Məclisin deputatı Şahin Seyidzadə teleqram hesabının üçüncü şəxslər tərəfindən ələ keçirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edərək bildirib ki, hazırda onun teleqram hesabı üzərində nəzarəti yoxdur və həmin hesabdan icazəsiz şəkildə müxtəlif mesajlar göndərilir.
Şahin Seyidzadə vətəndaşlara, dostlarına və həmkarlarına müraciət edərək həmin mesajlara cavab verməməyi, göndərilən keçidlərə daxil olmamağı və heç bir əməliyyat həyata keçirməməyi tövsiyə edib.
O, hesabın bərpası və problemin aradan qaldırılması üçün mütəxəssislərin çalışdığını qeyd edib.
Deputat yaranmış narahatlığa görə üzrxahlığını ifadə edib, göstərilən anlayış və dəstəyə görə hər kəsə təşəkkürünü bildirib.













