Dünyanın tanınmış cərrahları Dr. Taryel Ömərovun təqdimatını maraqla qarşıladı - FOTO

 16:10 17.07.2026     529

İyulun ilk 10 günü Azərbaycanın bariatrik cərrahiyyə sahəsi üçün beynəlxalq müstəvidə uğurlu və əlamətdar hadisələrlə yadda qalıb.

Redaktor.az xəbər verir ki, bu müddətdə iki nüfuzlu beynəlxalq tədbir – Qazaxıstanda keçirilən "The 3rd KasBariMet Astana Congress" və Gürcüstanda təşkil olunan "The 2nd IBC Georgia Bariatric, Minimally Invasive and Robotic Surgery International Summit" baş tutub.

Bariatrik və metabolik cərrahiyyə sahəsində son yeniliklərin, mürəkkəb əməliyyatların və klinik təcrübələrin müzakirə olunduğu tədbirlərdə dünyanın 10-dan çox ölkəsindən professorlar və ixtisaslaşmış cərrahlar iştirak ediblər.

Azərbaycanı beynəlxalq tədbirlərdə bariatrik-metabolik cərrah, PhD, Dr. Taryel Ömərov xüsusi dəvətli qonaq qismində təmsil edib. O, çıxışında ölkəmizdə səhiyyə sahəsində, xüsusilə də "əsrin bəlası" hesab olunan piylənməyə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb.

Dr. Taryel Ömərov eyni zamanda rəhbərliyi ilə Modern Hospitalda icra olunan yüzlərlə bariatrik əməliyyat arasından ən maraqlı klinik halları təqdim edib. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, müxtəlif ölkələrdən olan professor və mütəxəssislərlə geniş fikir mübadiləsi aparılıb.

Tədbirlə bağlı fikirlərini bölüşən Dr. Taryel Ömərov bildirib ki, hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, forum və elmi tədbirlərdə iştirak edərək Azərbaycan səhiyyəsinin inkişafını və bu sahədə əldə olunan nailiyyətləri təqdim etməkdən qürur duyur.

"Biz beynəlxalq auditoriya qarşısında ölkəmizdə piylənməyə qarşı mübarizə istiqamətində görülən işlərdən, hər il uğurla icra etdiyimiz yüzlərlə əməliyyatdan, sağlamlığına qovuşaraq həyat keyfiyyəti yüksələn pasiyentlərimizin qazandığı müsbət dəyişikliklərdən böyük qürur hissi ilə bəhs edirik. Çünki bariatrik əməliyyat təkcə bir insanın deyil, onun ailəsinin, sosial çevrəsinin və bütövlükdə həyat tərzinin dəyişməsinə səbəb olur.

İşini sevərək və vicdanla yerinə yetirən hər bir həkim cəmiyyətin sağlamlığının qorunmasına mühüm töhfə verir. Allah sağlamlıq və imkan verdiyi müddətdə insanların rifahı naminə fəaliyyətimizi davam etdirəcəyik", – deyə o vurğulayıb.

222222222222
Vumart və Güvən reklamı Vumart Güvən