Ölü doğulan körpə zirzəmiyə atılıb? - YENİLƏNİB - VİDEO

 14:25 21.07.2026     548

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bəzi sosial media səhifələrində “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

***

11:32

"Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir".

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.

Klinikada lentə alınmış görüntüləri təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən