Cəlil Xəlilov Redaktor.az-ın əməkdaşlarını fəxri fərmanla təltif etdi - FOTO
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Redaktor.az xəbər portalının təsisçisi və redaksiya heyəti ilə görüş keçirib.
Səmimi şəraitdə baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlıq imkanları, gələcək birgə layihələr və media ilə əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində çay süfrəsi arxasında söhbət davam etdirilib.
Sonda polkovnik Cəlil Xəlilov Redaktor.az-ın bir qrup əməkdaşını media sahəsindəki səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif edib.
Aytəkin TOFİQQIZI




















