Bakı-Tbilisi qatarı da yolda QALDI

 16:30 25.07.2026     529

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmiryolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Redaktor.az xəbər verir ki,  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

ADY-dən o da bildirilib ki, qatarların qrafikində dəyişiklik edilməyəcək.

Vumart və Güvən reklamı Vumart Güvən