Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
Tibbi-meteoroloji proqnoz açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və qızmar temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Gündüz saatlarında günəşdən qorunmaq məsləhət olunur.












