Dənizdə batan prokurorluq müstəntiqi imiş... - FOTO
Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Redaktor.az batan şəxsin kimliyi ilə bağlı məlumat əldə edib.
Belə ki, əslən naxçıvanlı olan 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlu Qubadlı rayonun prokurorluğunda müstəntiq imiş.
Qeyd edək ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fotonu təqdim edirik:














