Sabah Abşeron çimərliklərində hava necə OLACAQ?

 13:10 26.07.2026     404

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, İyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən