Sabah çimərliklərdə hava küləkli OLACAQ

 13:06 28.07.2026     295

Abşeron çimərliklərində sabaha gözlənilən hava açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28° isti olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən