Slovakiya səfirliyində görüş keçirildi - FOTO

 15:20 28.07.2026     339

28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi  nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə  Səfirliyin müşaviri cənab Vladimir Jezek  və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir.

Redaktor.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi.

Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi.

Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın  gələcəkdə  ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.

Vumart və Güvən reklamı Vumart Güvən