Bakıda piyada maşının altına uzandı - VİDEO

 17:15 28.07.2026     298

Bakıda qəribə hadisə baş verib.

Redaktor.az xəbər verir ki, iyulun 27-də gecə saatlarında orta yaşlı kişi paytaxt küçələrindən birində hərəkətdə olan avtomobilin qarşısına çıxaraq maşının qarşısında uzanıb.

Sürücü bunu görərək avtomobili dayandırıb və digər zolaqla hərəkətinə davam edib. Hadisə avtomobildəki kamera vasitəsilə anbaan lentə alınıb.

Məlumata görə, baş vermiş hadisə polis tərəfindən araşdırılır. Həmin şəxsin saxlanılaraq hüquqazidd hərəkətləri ilə bağlı məsuliyyət tədbirləri görüləcək.

Vumart və Güvən reklamı Vumart Güvən