"Miqrasiya Azərbaycanda müxtəlif sahələrlə sıx qarşılıqlı əlaqəyə malikdir"
Bu gün “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda təlim keçirilir.
Redaktor.az xəbər verir ki, Azərbaycan Miqrasiya Xidmətinin əməkdaşı Aygün Abbasova təqdimatla çıxış edib.
O bildirib ki, miqrasiya Azərbaycanda müxtəlif sahələrlə sıx qarşılıqlı əlaqəyə malikdir.
Aygün Abbasovanın sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində əsas məqsədlərdən biri xidmət sahəsində fəaliyyətin optimallaşdırılmasıdır.
Aytəkin TOFİQQIZI












