Ceyranbatan–Maştağa magistral su xəttində qəzalı hissə YENİLƏNDİ

 15:33 29.07.2026     424

Ceyranbatan - Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentlindən məlumat verilib.

Məlumata götə, işlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən