“Nuri Paşanın izi ilə gəldik” – TİKA-dan Azərbaycana xüsusi səfər

 10:41 30.07.2026     436

Türkiyənin Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi “Kalkınma Elçiləri” könüllülük və inkişaf proqramının iştirakçıları Azərbaycana səfər ediblər.

Redaktor.az xəbər verir ki, proqram universitet tələbələrinin beynəlxalq inkişaf əməkdaşlığı sahəsində nəzəri biliklərini artırmaq və onlara praktiki təcrübə qazandırmaq məqsədi daşıyır. Layihə çərçivəsində təşkil olunan ilk xarici səfərin məhz Azərbaycana reallaşdırılması rəmzi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində iştirakçılar Türk Şəhidliyini ziyarət edib, ölkənin müxtəlif bölgələrində bir sıra görüşlər keçiriblər.

TİKA-nın Bakı Proqram Koordinatoru Mahmud Ağırman bildirib ki, “Kalkınma Elçiləri” gələcəkdə dünyanın müxtəlif ölkələrinə səfərlər edəcəklər.

Onun sözlərinə görə, ilk marşrutun Azərbaycan seçilməsi tarixi bağlarla əlaqədardır:

“İlk səfərimizin Azərbaycandan başlaması təsadüfi deyil. 1918-ci ildə Nuri Paşanın gəldiyi bu torpaqlara onun izi ilə gəlmək bizim üçün xüsusi məna daşıyır”.

Mahmud Ağırman qeyd edib ki, proqram iştirakçıları səfər müddətində Azərbaycanın inkişafını yaxından müşahidə etmək imkanı qazanıblar. O, ölkənin sürətli inkişaf etdiyini vurğulayaraq, Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Koordinatorun sözlərinə görə, “iki dövlət, bir millət” prinsipi əsasında qurulan münasibətlər gələcəkdə də yeni layihələr və birgə təşəbbüslərlə daha da möhkəmlənəcək.

2222
Vumart və Güvən reklamı Vumart Güvən