Bu marşrut xəttində avtobuslar YENİLƏNİR
Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənəcək.
Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş, böyüktutumlu “Iveco” markalı avtobuslarla əvəz olunacaq.
Bildirilib ki, marşrut üzrə ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 manat təşkil edəcək.












