"Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO

 17:56 31.07.2026     324

​"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib.

​Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda, media sahəsində bir çox uğurlu layihənin müəllifi və rəhbəri kimi tanınır.

​Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir.

Space TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən