Bu ərazilərdə qısamüddətli yağış yağıb - Faktiki hava

 12:01 01.08.2026     378

Avqustun 1-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 2, Astara və Yardımlıda 1 mm-dək qeydə alınıb.

İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Vumart və Güvən reklamı Vumart Güvən