General rəisi vəzifəsindən azad ETDİ

 17:00 05.08.2026     452

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.

Redaktor.az manset.az-a istinadla xəbər verir ki, Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.

Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov əmr imzalayıb.

Bu barədə məlumat qurumdan təsdiqlənib: Pərviz Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib".

Digər əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.

P.Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Vumart və Güvən reklamı Vumart Güvən