“Bu addım atılsa, hər kəs avtobuslara yönələcək” - Nazir müavini

 16:12 06.08.2026     429

“Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur”.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş görüşdə deyib.

Onun sözlərinə görə, bu variant məqsədəuyğun hesab edilmir.

“Çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq”, - deyə R.Hümmətov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən