Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - FOTO

 10:54 07.08.2026     397

Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmin İbrahimova tanınmış bloqerlərdir. P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.

Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.

Mərhumun 2 övladı yadigar qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən