Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ!

 17:39 07.08.2026     417

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən