Bəzi yerlərdə 41 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

 14:37 08.08.2026     464

Avqustun 9-da havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, eyni zamanda Mərkəzi Aran və Naxçıvan MR-da 35-40, bəzi yerlərdə 41 dərəcəyə yaxın olacağı gözlənilir.

Bu barədə Redaktor.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən