Sumqayıtda sakinləri narahat edən 30-dək sürücü barəsində tədbir görüldü - VİDEO

 19:57 09.08.2026     310

Ötən gün Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xüsusilə gecə saatlarında sakinlərin rahatlığının pozulmasının qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Redaktor.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə motosiklet və digər motonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.

Araşdırma zamanı ayrı-ayrı sürücülərin şəhər ərazisində, xüsusilə gecə saatlarında yüksək sürətlə hərəkət etməsi, motosikletlərin konstruksiyasına müdaxilə edərək əlavə avadanlıqlar quraşdırması, səsboğucu sistemlərində dəyişiklik etməklə normadan artıq səs-küy yaratması, eləcə də dövlət qeydiyyat nişanı və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi halları müəyyən edilib.

Aşkar edilən qayda pozuntularına hüquqi qiymət verilərək 30-a yaxın sürücü barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən