Çingiz Əlioğlu dəfn edildi - YENİLƏNİB

 12:58 10.08.2026     419

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

***

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi başlayıb.

Redaktor.az xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.

Mərasimdə mərhum şairin ailə üzvləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, ədəbi-mədəni ictimaiyyət iştirak edirlər.

Avqustun 9-da dünyasını dəyişən şair Qurd qapısı qəbiristanlığında dəfn oluncaq.

Qeyd edək ki, Çingiz Əli oğlu Əliyev 1944-cü il iyunun 29-da Füzulidə anadan olub. Əmək fəaliyyəti dövründə "Gənclik" və Azərbaycan Dövlət nəşriyyatlarında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində idarə rəisi vəzifələrində çalışıb. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub. Mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə isə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb, eləcə də Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib.

Vumart və Güvən reklamı Vumart Güvən