Bu gün və sabah təbiət hadisəsi gözlənilir

 13:35 11.08.2026     263

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.

Bu barədə Redaktor.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.

Günəş küləyinin sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən