"Yol hərəkətində fərdi məsuliyyət ümumi təhlükəsizliyin əsas şərtidir" - Rövşən Tağıyev

 14:33 11.08.2026     393

Balakən rayonunda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini bir daha gündəmə gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik leytenantı Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib.

R.Tağıyev bildirib ki, yol hərəkəti qaydalarına riayət etmək şəxsi seçim deyil, hər bir hərəkət iştirakçısının üzərinə düşən hüquqi və mənəvi məsuliyyətdir.

“Bəzi sürücülər təhlükəli sürəti, riskli ötməni və digər qayda pozuntularını yalnız özlərinə aid qərar kimi qəbul edir, bununla yaratdıqları təhlükənin miqyasını nəzərə almırlar”, – deyə BDYPİ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, ümumi istifadədə olan yollarda verilən yanlış qərarın nəticəsi yalnız həmin sürücü ilə məhdudlaşmır. Bir sürücünün məsuliyyətsiz davranışı qaydalara riayət edən digər insanların həyat və sağlamlığını da təhlükə altına qoyur.

R.Tağıyev vurğulayıb ki, hər bir sürücü öz davranışının mümkün nəticələrini nəzərə almalı və digər insanların həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən