"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının növbəti regional turu Qəbələdə keçirilib
"Azərişıq" ASC-nin təşkilatçılığı ilə keçirilən "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir. QəbələdəŞimal-Qərb Regional Enerji Təchizatı və Satışıİdarəsi (RETSİ) üzrə yarışın regional turu təşkilolunub.
Redaktor.az xəbər verir ki, 110/35/10 kV-luq “Hacıalılı” elektrikyarımstansiyası və Regional Təlim Mərkəzininərazisində baş tutan açılış mərasimində əvvəlcəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra "Azərişıq" ASC-ninTədris və İnnovasiyalar Mərkəzinin direktoruSeymur Mirzəyev çıxışında peşəkar kadrlarınhazırlığı, yeni nəsil energetiklərinformalaşdırılmasında maarifləndirmə proqramınınkeçirilməsinin əhəmiyyətindən bəhs edib, komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Şimal-Qərb RETSİ üzrə8 komanda – "Balakən EŞ", "İsmayıllı EŞ", "QaxEŞ", "Qəbələ EŞ", "Oğuz EŞ", "Şamaxı EŞ", "ŞəkiEŞ", "Zaqatala EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualıcavablandırmağa çalışıblar.
İkinci mərhələdə energetiklər onlara verilən 3 praktiki tapşırığı yerinə yetirərək peşəbacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələdə əldə edilən xalların ümuminəticələrinə əsasən "Qax EŞ" regional turun qalibiolub. Beləliklə, komanda ÜmumrespublikaYarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütünregionlarında maarifləndirici tədbirlər, yarışlarhəyata keçirir. Səhmdar Cəmiyyətinəməkdaşlarının peşə bilik və bacarıqlarınınartırılması, təhlükəsizlik qaydalarına əməlolunması və insan həyatının mühafizəsiməqsədilə belə tədbirlər gələcəkdə də davametdiriləcək.































