FHN-dən Qarabağ kanalında batan qızla bağlı AÇIQLAMA

 13:18 16.08.2026     401

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonun İkinci Aşıqlı kəndində Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən