Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatdı

 13:46 17.08.2026     310

Avqustun 17-də yola salınan köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.

Redaktor.az xəbər verir ki, bu mərhələdə kəndə köçürülən 39 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən