Jurnalist Ədalət Mədətoğlu vəfat ETDİ
Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Mədətoğlu “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. O, 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.













