Sabah bu rayonun 3 kəndində qaz KƏSİLƏCƏK

 11:43 19.08.2026     309

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən