Naxçıvanın bəzi əraziləri qazsız qalıb

 15:38 19.08.2026     283

Bu gün Naxçıvanın iki yaşayış məntəqəsi qazsız qalıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Kəngərli rayonunun Qıvraq qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin saat 14:30-dan etibarən Naxçıvan şəhərinin Qaraçuq kəndinin qaz təchizatında da işlər yekunlaşanadək fasilə olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən