Bəzi ərazilərdə qaz OLMAYACAQ

 19:11 19.08.2026     452

Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən