Nazir müşavirini işdən ÇIXARDI

 19:01 20.08.2026     422

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub.

Redaktor.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad İsmayılov müvafiq Əmr imzalayıb.

İ.Nəsirovun öz ərizəsi əsasında işdən çıxarıldığı bildirilir.

Qeyd edək ki, İ.Nəsirov sözügedən vəzifəyə 2023-cü ilin noyabr ayında təyin olunmuşdu. O, daha əvvəllər enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
 

Vumart və Güvən reklamı Vumart Güvən