Kartof məhsuldarlığını bu üsulla artırmaq OLAR

 09:36 24.08.2026     335

Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzinin alimləri dronlardan istifadə etməklə kartof sahələrinin emalına yeni yanaşma hazırlayıblar.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni üsul riskli əkinçilik şəraitində kartof məhsuldarlığını 15%-dən çox artırmağa imkan verir.

Məlumata görə, sistem üç pilotsuz uçuş aparatından ibarətdir. Dronlar kartof sahələrinin havadan müşahidəsini aparır və zərərvericilərə qarşı istifadə olunan vasitələrin torpağa tətbiqini həyata keçirirlər.

Alimlərin sözlərinə görə, bu üsul xüsusilə iqlim şəraitinin əlverişsiz olduğu ərazilərdə faydalı ola bilər. Qısa vegetasiya dövrü, gec yaz və erkən payız şaxtaları, daşqınlar, güclü yağışlar, torpağın həddindən artıq rütubətli olması və quraqlıq kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir göstərir.

Sankt-Peterburq Federal Tədqiqat Mərkəzinin avtonom robot texniki sistemlər laboratoriyasının rəhbəri Anton Savelyev bildirib ki, aparılan sınaqlar zamanı dronlardan istifadə ənənəvi yerüstü texnika ilə müqayisədə kartof məhsuldarlığını 15,2% artırıb.

Bununla belə, mütəxəssislər yeni texnologiyanın iqtisadi və aqronomik baxımdan üstünlüyünü tam müəyyən etmək üçün bir neçə il ərzində əlavə sınaqların aparılmasının vacib olduğunu bildiriblər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən