Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi

 10:58 24.08.2026     363

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov vəfat edib.

Redaktor.az nocomment.az-a istinadən xəbər verir ki, o, gecə saatlarında təcridxanadan Sabunçu Tibb Mərkəzinə gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Vumart və Güvən reklamı Vumart Güvən