M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

 14:31 24.08.2026     311

Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir.

Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, avtobuslara sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılırM1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Vumart və Güvən reklamı Vumart Güvən