Azər Məmmədov vətəndaşları qəbul edəcək - BU RAYONDA

 13:50 25.08.2026     282

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 7) keçiriləcək.

“Azəriqaz”dan Redaktor.az-a bildirilib ki, görüşdə Qax və Şəki rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən