Sabah bu rayonun 6 kəndində qaz KƏSİLƏCƏK

 14:29 26.08.2026     544

Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən