Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparır - YENİLƏNİB

 13:30 28.08.2026     633

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Ziya Muradov avqustun 1-i Qubada istirahət zamanı qəfil vəfat edib. İddialara görə, hadisə baş verən gün həmin ərazidə ondan başqa 17 nəfər də olub. Ailə üzvləri meyitin üzərində zədə izi gördüyünü qeyd ediblər.

***

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya Muradov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu paylaşım edib. Bildirib ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı, Z.Muradovun ölümündə müəmmalı məqamların olduğu və bu barədə aidiyyəti qurumlara məlumat verildiyi əlavə edilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Muradov Ziya Fazil oğlu avqustun 2-si Quba rayonunun Xanagah kəndində vəfat edib. Onun infarktdan öldüyü qeyd edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən