Hikmət Hacıyev Dünya Köçəri Oyunlarından paylaşım etdi - VİDEO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VI Dünya Köçəri Oyunlarında Azərbaycan nümayəndə heyətinin keçidindən görüntülər paylaşıb.
Redaktor.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Azərbaycan heyətinə uğurlar arzulayıb:
"Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!"
Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi! Azərbaycan
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 31, 2026
Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!#Azerbaijan #WorldNomadGames
A proud moment as Team Azerbaijan marches at the World Nomad... pic.twitter.com/g5JzQ0y2om













